Missiyamız:
Bakı Beynəlxalq Təhsil Kompleksinin məqsədi tərbiyə edici və fərqli öyrənmə üsulları olan cəmiyyətdə yüksək keyfiyyətli təhsil verməkdir. Hər bir şagird istər akademik göstəricilərlə, bir vətəndaş kimi yetişməklə, istərsə də öz unikal bacarıqlarını kəşf etməklə ictimai həyatda şəxsi mükəmməliyinə nail olacaq.
Məqsədimiz:
İnnovativ və səmərəli tədris strategiyalarımızın və müvafiq texnologiya vasitələrinin köməyilə biz qayğıkeş bir mühitdə şagirdlərin öyrənmə bacarıqlarını ilhamlandırırıq. Məktəbimizin icması daim öyrənən təfəkkürlü insanlar olmağı, və buna həm məktəbdə, həm də məktəbdən kənarda səy göstərməyi özünə hədəf götürür.
Bütün bunların həyata keçməsi üçün:
bütün tədbirlərdə şagirdlərə hər bir köməkliyi göstərir.
Öyrənmə mühiti hər bir şagirdin fərdi gücünü və öyrənmə ehtiyaclarını əks
etdirmək üçün təşkil olunur.
Şagirdlərə onların qabiliyyətlərinə, öhdəliyi və məsuliyyəti qəbul etməyə hazır
olma bacarıqlarına görə müstəqil qərar qəbul etmələri üçün imkanlar yaradılır.
Şagird və işçi heyəti arasında qarşılıqlı əlaqələr hörmət, güvən hissi və fərdi
dəyərlərə əsaslanır.
Məktəb ictimaiyyətinin tərkib müxtəlifliyi gündəlik fəaliyyət və tədbirlərdə də öz
əksini tapır. Azərbaycanın mədəniyyəti və irsinə xüsusi diqqət yetirilir.