Şagirdlərimiz 15 – 19 Oktyabr tarixlərində BBTK-da keçirdiyimiz Qiraət Həftəsində həvəslə iştirak etdilər. Onlar oxu və yazı ilə əlaqədar müxtəlif çeşidli gündəlik fəaliyyətlərə cəlb olundular, digər ibtidai siniflərdən olan şagird yoldaşları ilə öz sevimli kitabları və yazılı tərtib olunmuş hekayə xəritələri üzrə fikir bölüşdürdülər. Uşaqlar xüsusilə də, səhnələşdirdikləri “Qiraət Teatrı” tamaşalarını coşqu ilə ifa etdilər. Cümə günü “Sevimli Kitab Qəhrəmanı Günü” paradı möhtəşəm Qiraət Həftəsinin son əyləncəli tədbiri oldu