Oxu Həftəsi 2019

Bakı Beynəlxalq Təhsil Kompleksi Oktyabr ayının 14-dən 18-inə kimi kitab həftəsini qeyd etdi. Həftə ərzində şagirdlər oxu ilə bağlı müxtəlif həyəcan verici fəaliyyət növləri ilə məşğul oldular. Onlar əlfəçinlər, sevimli kitablarının posterini düzəltdilər, qruplarda və cütlərdə oxudular və səhnəcik hazırladılar. Həftə ərzində hər gün hər bir sinif əllərindəki işi dayandıraraq 15 dəqiqəni sakit oxuya həsr etdilər. Cümə günü isə hər bir kəs hekayə qəhrəmanı kimi geyinərək müxtəlif hekayələrin səhnəciklərini göstərdilər, rəqs etdilər və hekayələrin mahnılarını oxudular. 

Oxu Həftəsi ərzində şagirdlərimiz və müəllimlərimiz tərəfindən hazırlanmış "Read All Day !" videosunu sizinlə paylaşırıq: