BBTK| Məktəbəqədər| Rənglərin öyrənilməsi mövzusunda dərs

Öyrənmə səyahətinə yeni başlayan 5 yaşlı şagirdlər bəzən bu yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu yaş qrupundan olan şagirdlərin məktəb mühitinə tez alışmaları üçün məktəbimizdə müxtəlif yanaşmalardan və üsullardan istifadə edilir. Dərslər şagirdlər üçün maraqlı və cəlbedici formada tədris olunur. Məktəbəqədər qrupunda Azərbaycan dili fənnində “Artırılmış Reallıq” elementlərindən istifadə etməklə “Rənglərin öyrənilməsi” mövzusundan olan anları sizə təqdim edirik.