Bakı Beynəlxalq Təhsil Kompleksində verilən təhsilin məqsədlərindən biri şagirdləri açıq fikirli və ünsiyyətcil şəxsiyyətə çevrilmələrinə kömək etməkdir. Bu məqsədə nail olmaq üçün il boyu məktəbimizdə müxtəlif fəaliyyət növləri və tədbirlər həyata keçirilir. Bu fəaliyyət növlərindən biri olan “Mystery Skype” şagirdlərə imkan verir ki, Azərbaycanın sərhədlərini aşaraq dünyanınmüxtəlif yerlərində yerləşən beynəlxalq məktəblərdə təhsil alan şagirdlərlə video konfrans vasitəsi ilə ünsiyyət qursunlar. Buna nümunə olaraq, bu il 4-cü sinif şagirdlərimizin video konfrans vasitəsi ilə Hindistandakı beynəlxalq məktəblərin birində təhsil alan şagirdlərlə əlaqə qurmalarını göstərmək olar. Fəaliyyət zamanı şagirdlər yeni dərs ilinin başlanğıcı ilə əlaqədar bir-birləri ilə öz təəssüratlarını bölüşməklə yanaşı, “Mystery Animal” oyunu oynayaraq bir-birlərinin təsvir etdikləri heyvanları tapmağa çalışdılar. Biz inanırıq ki, belə fəaliyyətlərin müntəzəm təşkil olunması şagirdlərimizin ünsiyyət və əməkdaşlıq kimi bacarıqlarını inkişaf etdirməklə yanaşı, həmçinin onların İngilis dili biliklərinin və bacarıqlarının inkişafına da büyük təsir edəcəkdir.