Kod saatı layihəsi

9- 15 dekabr tarixlərində Bakı Beynəlxalq Təhsil Kompleksinin Beynəlxalq bölməsinin şagirdləri “Beynəlxalq Kod Saatı” layihəsində iştirak etdilər. Kod saatı dünyanın 180-dən çox  ölkəsindən, milyonlarla şagirdin iştirak etdiyi qlobal bir hərakatdır. Tədbir zamanı şagirdlər ətraf mühitin və okeanların qorunması mövzusunda süni intellekt tapşırığını yerinə yetirdilər və öz robotlarını təlimatlandırmağı öyrəndilər. Həftə ərzində Almaniyada süni intellekt üzrə 2019 -cu ilin tədqiqatçısı seçilmiş Günay Kazımzadə skype qonağımız oldu. Ekspert şagirdlərin süni intellektlə bağlı suallarını cavablandırdı.  Kod Saatı fəaliyyətlərimiz şagirdlərin Stanford universitetinin resursu olan  PolyUp  hesablamala düşüncəsi platformasındakı fəaliyyətləri ilə davam etdi. 

Bakı Beynəlxalq Təhsil Kompleksi olaraq hər zaman şagirdlərimizin bu kimi beynəlxalq layihələrdə iştirakını təmin etməyə çalışacağıq.